Bakıda kişi 4 nəfəri aldadıb 38 min manatdan  çox pulunu aldı
17 yanvar 2025 16:22 (UTC +04:00)

Bakıda kişi 4 nəfəri aldadıb 38 min manatdan çox pulunu aldı

Bakıda 4 nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar