Futbol tarixində  İLK:   Haaland “Mançester Siti” ilə  ən bahalı müqavilə   imzaladı
17 yanvar 2025 15:14 (UTC +04:00)

Futbol tarixində İLK: Haaland “Mançester Siti” ilə ən bahalı müqavilə imzaladı

Norveçli hücumçu idman tarixinin ən bahalı müqavilələrindən birini alıb.

Norveçli ulduz hücumçu Erlinq Haaland "Mançester Siti" ilə müqaviləsini uzadıb.

Lent.az bildirir ki, “şəhərlilərin” rəsmi saytının verdiyi məlumata görə, 24 yaşlı futbolçunun klubla yeni anlaşması 2034-cü ilin yayına kimi nəzərdə tutulub.

Müqavilənin maliyyə detalları açıqlanmır, lakin “The Athletic” norveçlinin maaşının artdığını iddia edir. Onun imzaladığı müqavilə idman tarixində ən bahalı müqavilələrdən biri oldu.

Bu həm də dünya futbol tarixində beşinci ən uzun müqavilədir. Yalnız dörd oyunçu daha uzunmüddətli müqavilə imzalayıb.

Haaland "Mançester Siti"yə 2022-ci ilin yayında Borussiya “Dortmund”undan 60 milyon avroya keçib.

O vaxtdan bəri Erlinq Mançester klubunda bütün turnirlərdə 126 oyun keçirib, 111 qol vurub və 15 məhsuldar ötürmə edib.

Norveçli “şəhərlilər”lə birlikdə iki Premyer Liqa titulunu, İngiltərə Kuboku və Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar