Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində baş verib.
75 yaşlı Əliyeva Sevdaxanım Hüseyn qızının meyiti qəsəbə ərazisində yaşadığı mənzildə tapılıb. Evdə tək yaşayan mərhum qadının uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.