Tofiq Yaqublu
12 yanvar 2022 15:18 (UTC +04:00)

Tofiq Yaqublu

Tofiq Yaqublunun müraciətinə RƏSMİ CAVAB

Tofiq Yaqublunun döyülməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu “Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon Prokurorluğunda araşdırma aparılıb.

Qeyd olunub ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə, cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar