Tofiq Yaqublunun məhkəməsi başladı - YENİLƏNİB
14 iyun 2024 15:50 (UTC +04:00)

Tofiq Yaqublunun məhkəməsi başladı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli vəsatət verərək müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarlaraq vəkillərin yanında oturmasını və bundan sonrakı prosesləri böyük zalda keçirilməsini xahiş edib.

Vəsatət qismən təmin edilib.

Hakim bildirilib ki, gələn prosesdən Tofiq Yaqublu vəkillərinin yanında əyləşə bilər: "Məhkəmənin böyük zalda keçirilməsi ilə bağlı isə digər işlərlə üst-üstə düşməyəcəyi təqdirdə o məsələni həll etməyə çalışacağıq".

Daha sonra Tofiq Yaqublunun digər vəkili Aqil Layıc vəsatətlə çıxış edərək müvəkillinin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, bunun təmin olunmayacağı təqdirdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə olmayan alternativ qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmə baxışı iyunun 21-ə təyin edilib.

***
14:58

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İclasa hakim Elnur Nuriyev sədrlik edir.

Qeyd edək ki, T. Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Oxşar yazılar