Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 20-yə yüksəlib.
Yaralı polis əməkdaşı dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardinin Derik rayonunda zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.
Yaralılardan 26-sının müalicəsi davam edir.
***
00:20
Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı yenidən artıb.
Lent.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Bildirilib ki, qəzada ölənlərin sayı 19-a çatıb.
Hadisə nəticəsində yaralananların sayı 26 nəfərdir.
Onlardan 6 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
***
20.08.2022
Saat 22:23
Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Açıqlanan son rəqəmlərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfə isə yaralanıb.
***
Saat 21:59
Türkiyədə ağır yol qəzası baş verib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardinin Derik rayonunda olub.
Qəza zamanı 8 nəfər ölüb, çoxlu sayda yaralının olduğu bildirilir.
Hərəkətdə olan “TIR” avtomobili yanacaqdoldurma məntəqəsinin qarşısındakı insanların üzərinə sürüb.
Hadisə baş verən zaman xilasedicilər başqa bir qəzanın fəsadlarını aradan qaldırmaq üçün ərazidə iş aprırdılar.
Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.