Timsah  tualetə gedən gənci   yedi
25 aprel 2022 19:42 (UTC +04:00)

Timsah tualetə gedən gənci yedi

Hindistanın Uttar-Pradeş ştatında timsah çayın kənarındakı ayaqyoluna gedən 20 yaşlı oğlanı yeyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, timsahın hücumu nəticəsində Katarniaqhat təbiət qoruğu yaxınlığındakı kənddə qohumlarını ziyarətə gedən Dipu adlı hindistanlı ölüb. O, əmisi oğlu ilə birlikdə kanalın kənarındakı ayaqyoluna getməyə qərar verib. Birdən nəhəng timsah sudan sürünərək onu tutaraq suyun altına sürükləyib.

Kəndlilər köməyə qaçıblar, lakin onlar hadisə yerinə çatanda nə Dipa, nə də yırtıcı heç yerdə görünməyib. Güclü axın və başqa timsahla qarşılaşma riski olduğundan heç kim suya girməyə cürət etməyib. Dalğıclar da suyun səviyyəsi aşağı düşənə qədər kanala enməyə cəsarət etməyiblər.

Axtarış işini təşkil etmək üçün polis və meşə təsərrüfatı idarəsinin nümayəndələri yerli suvarma idarəsi ilə əlaqə saxlamalı və cəsədin axtarışı zamanı kanala suyun gəlməməsini xahiş etməlidirlər;
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Oxşar yazılar