Polis tərəfindən saxlanılan tiktoker Ləman sərbəst buraxılıb.
Lent.az xəbər verir ki, tanınmış tiktoker Ləman Vəliyeva bir az əvvəl canlı yayıma çıxıb. O, canlıda saxlanılmadığını bildirib.
Lent.az-ın əldə etdiyi məlumata görə isə Ləman Vəliyeva məhkəmə qarşısına çıxarılıb. Məhkəmə himayəsində azyaşlı uşağı olduğu üçün onu həbs etməyib.
Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 manat cərimə edilib.
***
18.15
Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.