Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində “Eliş” ləqəbli tiktoker, 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyev 30 sutka inzibati qaydada həbs olunub.