Ticarət mərkəzindən çıxan kişini avtomobil vurdu
23 aprel 2022 05:30 (UTC +04:00)

Ticarət mərkəzindən çıxan kişini avtomobil vurdu

0

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.

Ticarət mərkəzindən çıxan 1969-cu il təvəllüdlü Əhmədov Araz Rüstəm oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1771

Oxşar yazılar