Gəncədə intihara cəhd qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına, görə hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib.
Xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G.Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb. 21 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə G.Mahmudova sözügedən xəstəxanada tibbi bacısı işləyir. Onun intihar etməsinin səbəbi ailə münaqişəsi olub.
Əldə etdiymiz məlumata görə, nişanlı olan G. Mahmudovanın aprelin 15-də toyu olacaqdı. Ailə qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb. Faktla bağlı araşdırma aparılır.