Moskvadan Bakıya uçan təyyarə Nijni Novqorodda məcburi eniş edib.
Bu barədə Lent.az-a həmin reyslə Bakıya uçan azərbaycanlı sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, buna sərnişinlərdən birinin səhhətində yaranan problem səbəb olub.
Belə ki, 66 yaşlı azərbaycanlı sərnişin qəflətən insult keçirib. Buna görə də təyyarə Nijni Novqorod hava limanına enməli olub.
Burada təcili tibbi yardım əməkdaşları azərbaycanlı kişiyə yardım göstəriblər. Həkimlər xəstənin səfərə davam edə bilməyəcəyini və onun xəstəxanaya yerləşdirilməli olduğunu bildiriblər.
Qeyd edək ki, hadisə Rusiyanın "Aeroflot" şirkətinə məxsus təyyarədə baş verib.