Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində baş verib. 23 yaşlı Məmmədov Bəhruz Mənaf oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol qəzası törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb.