Telman İsmayılovun  "killerlərinə"   HÖKM OXUNDU
23 dekabr 2022 21:46 (UTC +04:00)

Telman İsmayılovun "killerlərinə" HÖKM OXUNDU

Moskvada Avraam Russo və onun cangüdənini öldürməyə cəhdlə bağlı cinayət işi üzrə hökm çıxarılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, paytaxtın Xamovniki məhkəməsinin qərarı ilə rusiyalı Vitali Djuranı 9 il, onun şəriki Aleksey Tryasnikovu isə 12 il azadlıqdan məhrum ediliblər və cəzalarını sərt rejimli həbsxanada çəkəcəklər. Məhkəmə Russonun bir milyon rubl mülki iddiasını qismən təmin edib. Cinayətin təşkilatçısı xaricdə gizlənən Azərbaycan əsilli Telman İsmayılov barəsində istintaq davam etdirilir.

İstintaqın məlumatına görə, 2006-cı ildə iş adamı Telman İsmayılov Avraam Russonun şəxsi himayəsindən imtina etdiyi üçün onu öldürmək qərarına gəlib. İsmayılovun mühafizəçisi qətli törədənləri tapıb və o, Demkin, Djura və Tryasnikovu bu işə cəlb edib.

Avraam Russo

Planı həyata keçirmək üçün Demkin “Kalaşnikov” avtomatı və onun üçün patronlar, Djura və Tryasnikov isə bir-biri ilə əlaqə saxlamaq və qurbanın yeri haqqında məlumat əldə etmək üçün mobil telefonlar alıblar. 2006-cı ilin avqustunda Demkin Russoya və mühafizəçiyə azı altı dəfə atəş açıb. Müğənni sol budundan 4 yara alıb, Demkin silahını atıb qaçıb. İştirakçılar cinayət niyyətlərini sona çatdıra bilməyiblər - zərərçəkmişə vaxtında tibbi yardım göstərilib.

Cinayət uzun müddət açılmamış qaldı, Demkinin iştirakına dair sübutlar yalnız 2020-ci ildə ortaya çıxıb və sonra onun ortaqları müəyyən edilib. Demkinin özü 2014-cü ildə vəfat edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Oxşar yazılar