Telman İsmayılovun əmrilə  müğənnini qaçıranlardan biri HƏBS OLUNDU
04 sentyabr 2024 15:42 (UTC +04:00)

Telman İsmayılovun əmrilə müğənnini qaçıranlardan biri HƏBS OLUNDU

Rusiyada erməni əsilli müğənni Abraham Russonun oğurlanmasında şübhəli bilinən daha bir şəxs Moskvada saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, şübhəli şəxs dünən axşam Şeremetyevo hava limanında tutulub.

Məlumata görə, şübhəli şəxs 60 yaşlı Moskva sakini Vladimir Şestopalovdur. O, hələ 2018-ci ildə cinayətin üstü açılanda axtarışa verilib. Bu gün paytaxtın Basmannı məhkəməsinə məhbusun həbsi ilə bağlı vəsatət daxil olub.

Bundan əlavə, müğənnini oğurlamaqda təqsirli bilinərək həbs olunan məhkum sərbəst güləşçi Tərxan Eldukayev isə Ukraynada döyüşmək üçün Rusiya Müdafiə Nazirliyinə müraciət edib. Bu müraciət məhkum və zərərçəkən arasında qalmaqala səbəb olub.

Qeyd edək ki, Abraham Russo 2017-ci il yanvarın 31-də iş adamı Telman İsmayılovla (AST Telman) işgüzar görüşü üçün qaçırılıb. Belə ki, İsmayılovun adamları olan Şestopalov və başqa bir nəfər onun əmri ilə sənətçini iş adamının malikanəsinə aparıblar. Orada onu 24 saat saxlayıblar və ondan İsmayılovun təklif etdiyi konsert fəaliyyətinin aparılması şərtləri ilə razılaşmağı tələb ediblər. Russo təkliflə razılaşıb və sərbəst buraxılıb. O, yalnız altı aydan sonra polisə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31