Abşeronda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində baş verib. Burada 46 yaşlı Abdulxalıqov Nazim Babaverdi oğlu "Şinkar Holding"ə məxsus yük avtomobillərinin təkərini təmir edərkən qəflətən təkərlərdən biri partlayıb. Nəticədə N. Abdulxalıqov başından ağır zədə alıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.