Lent.az-ın əldə etdiyi məlumata görə, Kliniki Tibbi Mərkəzdə komada qalan və burada ölən Zəfər Ağayev Masallı rayon Qəriblər kənd orta məktəbinin direktor müavini imiş. O, burada həmçinin rus dili fənnini tədris edib.
Məlumata əsasən, hadisə baş verən gün müəllimlər İcra Hakimiyyətində tədbirə getmək üçün məktəbin önündə toplaşıblar. Zəfər müəllim yolun digər hissəsindən məktəb tərəfə yolu keçmək istəyib. Bu zaman “UAZ 469” markalı, odun daşıyan avtomobil onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Ağır xəsarətlər alan müəllimin qulağından qan gəlib. Bu hadisəyə görə, müəllimlərin tədbiri ləğv edilib.
Həmçinin Zəfər müəllimin iki övladı 44 günlük Vətən müharibəsi və 2022-ci il sentyabr döyüşlərinin iştirakçısıdır. Onlardan biri kapitan, digəri gizir olmaqla Sərhəd Qoşunlarının tərkibində, Laçın və Zəngilanda xidmət edirlər.
Zəfər Ağayev