Bakıda KURYOZ:  həbsdəki xalası oğluna sümüyün içində  narkotik gətirdi
23 iyun 2025 16:16 (UTC +04:00)

Bakıda KURYOZ: həbsdəki xalası oğluna sümüyün içində narkotik gətirdi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlunun gətirdiyi sovqata baxış  zamanı ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082

Oxşar yazılar