Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Fiat "markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Qeyd edək ki, qəzaya düşən "Fiat" markalı avtomobil Ağstafa rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobilidir. O Qazax rayonuna xəstə aparan zaman qəzaya uğrayıb. Faktla bağlı araşdırma aparılır.