Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.
Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.
Faktla bağlı cinayət işi açılıb.