Tayfa lideri oğlunu  şəhərin mərkəzində güllələdi
24 dekabr 2025 18:44 (UTC +04:00)

Tayfa lideri oğlunu şəhərin mərkəzində güllələdi

0

Vanın ən böyük tayfalarından biri olan Ertoşi tayfasının lideri İsgəndər Ertuş Ankarada mübahisə zamanı oğlu Hadi İsgəndəri güllələyib. Oğlu ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb, İsgəndər Ertuş isə üç saatlıq ifadə verdikdən sonra evə buraxılıb. Siyasi keçmişi ilə də tanınan İsgəndər Ertuş 23 ildir ki, beş fərqli partiyada siyasətlə məşğuldur.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, hadisə axşam saatlarında Ankaranın Yenimahalle rayonunda baş verib. Məlumata görə, İskəndər Ertuş ikinci həyat yoldaşından olan oğlu Hadi İskəndərin evinə gedib. Ata ilə oğul arasında səbəbi hələlik məlum olmayan mübahisə baş verib.

Mübahisənin qızışması zamanı İskəndər Ertuşun oğlu Hadi İskəndəri tapança ilə vurduğu öyrənilib. Yaxınlıqdakı vətəndaşların xəbərlərindən sonra hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib. Ayaqlarından yaralanan Hadi İskəndərə ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hadisədən sonra saxlanılan İskəndər Ertuşun polis bölməsində ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilib. Yaralı Hadi İskəndərin hələ də xəstəxanada müalicəsi davam etdiyi öyrənilib.

1955-ci ildə Vanın Başkale rayonunda anadan olan İskəndər Ertuş, atası Mahmut Ertuşun 1979-cu ildə vəfat etməsindən sonra qəbilə ağsaqqallarının xahişi ilə Ertoşi qəbiləsinin lideri seçilib. Van, Hakkari, Şırnak, Siirt, Batman və Diyarbəkirdə fəaliyyət göstərən Ertoşi qəbiləsi, bölgədə kənd qoruyucu sistemini tətbiq edən ilk qəbilələrdən biri kimi tanınır.

Siyasi keçmişi ilə də diqqət çəkən İsgəndər Ertuş 23 ildə beş fərqli siyasi partiya ilə siyasətlə məşğul olub. Son aylarda hakim Ədalət və İnkişaf Partiyasına üçüncü dəfə qoşulan Ertuş, Səlahəddin Dəmirtaş, prezident Rəcəb Tayyib Ərdoğan və keçmiş CHP sədri Kamal Kılıçdaroğlu tərəfindən müxtəlif vaxtlarda partiya nişanları alanlar arasındadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar