Tarixdə ən qısa müddətə  həbsdə   oldu
05 iyun 2023 17:32 (UTC +04:00)

Tarixdə ən qısa müddətə həbsdə oldu

Böyük Britaniyanın Portished şəhərinin 23 yaşlı sakini 50 dəqiqə həbs edilib - bu, tarixdə ən qısa həbs müddətidir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kişi təqsirini tam etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib.

Britaniyalı sərxoş vəziyyətdə keçmiş sevgilisinin evinə gələrək onun pəncərəsini sındırıb qaçandan sonra həbs edilib. Məhkəmədə o, keçmiş sevgilisinin əmlakına ziyan vurmaqda, həmçinin mayın 30-da iki zabitə hücum edərək hadisə yerindən qaçmaqda təqsirli bilinib.

Hakim oğlanı 50 dəqiqəyə dəmir barmaqlıqlar arxasına göndərib və onu kameradakı insidentdə yaralanan hər kəsə iki üzrxahlıq məktubu yazmağa məcbur edib. Keçmiş sevgilisinə yazdığı məktubda britaniyalı onun pəncərəsini sındırdığına görə peşman olduğunu, çünki bunun çox axmaq bir hərəkət olduğunu yazıb. Və polisə yazdığı məktubunda da davranışından peşman olduğunu qeyd edib.

Oğlanın vəkili bunu edərkən müvəkkilinin spirtli içki, kokain və kannabis təsiri altında olduğunu, lakin çox utandığını söyləyib. Britaniyalı onun iştirakı ilə bir daha belə hadisələrin təkrarlanmayacağına söz verib.
 

# 1788
avatar

Oxşar yazılar