Vladimir vilayətində bütöv bir ailə faciəvi şəkildə ölüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Yuryev-Polski rayonunda valideynlər, həmçinin onların 2 və 5 yaşlı oğulları mənzildə ölü tapılıb.
Məlumata görə, valideynlər evi tarakanlardan təmizləməyə çalışıblar. Nəticədə bütün ailə üzvləri zəhərlənib.
Ailənin ölümü artıq araşdırılır. İstintaqın məlumatına görə, 27 yaşlı qadın qohumundan kənd təsərrüfatında zərərli həşəratlara qarşı mübarizədə istifadə olunan alüminium fosfidi olan pestisid alıb. Müəyyən edilib ki, kimyəvi maddənin mənzilin müxtəlif yerlərdə saxlanması fosforun uçucu hidrogen birləşməsindən zəhərlənməyə səbəb olub.
Zəhəri satan qohum saxlanılıb. Onun barəsində “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.