Tapança ilə başına atəş açdı: 6 il  gözündə güllə   yaşadı
03 avqust 2023 15:51 (UTC +04:00)

Tapança ilə başına atəş açdı: 6 il gözündə güllə yaşadı

Moskva vilayətində həkimlər kişinin gözündən pnevmatik güllə çıxarıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 26 yaşlı gənc professor Rozanov V.N adına Moskva Regional Xəstəxanasının qəbuluna gəlib və gözündə güllə olduğunu söyləyib.

Baş ağrılarının artması və MRT-dən keçmək zərurəti ilə xəstənin 6 il birlikdə yaşadığı yad obyektin çıxarılmasına ehtiyac yaranıb. O, həmçinin pnevmatik tapança ilə oynayan zaman təsadüfən başından atəş açdığını və güllənin gözünə dəydiyini deyib.

Bundan sonra həkimlər kişi üzərində təxminən yarım saat davam edən əməliyyat keçiriblər. Ertəsi gün gənc xəstəxanadan buraxılıb. Qeyd edildiyi kimi, həkimlər ona yaxın vaxtlarda radiasiya diaqnostikasından keçməyə icazə veriblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar