Tanınmış aparıcının evini yandırdılar - Polisdən AÇIQLAMA
29 mart 2024 14:53 (UTC +04:00)

Tanınmış aparıcının evini yandırdılar - Polisdən AÇIQLAMA

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib.

Lent.az-ın məlumatına görə, bu barədə aparıcı öz İnstaqram hesabında video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini bildirib.

Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:

“Martın 24-də evim yandırıldı. Hansı ki, o mənzildə anam, bacım və 4 yaşlı oğlum var idi. Bu hadisədən bir həftə əvvəl tanımadığımız bir şəxs həyətimizə girirdi. Bu cinayəti törədən də, bu cinayətin sifarişçiləri də öz cəzalarını alacaqlar. Mən düşünürəm ki, bu, mənim ailəmin canına qəsd, mənə isə gözdağı idi”.

Naiblinin yayımladığı videoda yanan evin görüntüləri var. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı Lent.az-a bildirib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaş Ş.Axundzadəyə məxsus evin qarşısında olan köməkçi tikilidə baş vermiş yanğın hadisəsi ilə əlaqədar aparılan araşdırmalardan sonra aidiyyəti dövlət qurumunun rəyi əsasında hadisənin qısaqapanma nəticəsində baş verdiyi müəyyən edilib.

Qeyd edək ki, Ş.Axundzadə Şəbnəm Naiblinin anasıdır. 

Yanğın nəticəsində xəsarət alan olmayıb. 

# 2967
avatar

Fidan İlqar

Oxşar yazılar