Tanınmış alim vəfat etdi
13 oktyabr 2025 13:50 (UTC +04:00)

Tanınmış alim vəfat etdi

0

Azərbaycan elminə ağır itki üz verib.

Lent.az xəbər verir ki, “Agri Bio EcoTex” şirkətinin prezidenti, ekoloji təmiz kənd təsərrüfatı hərəkatının görkəmli təbliğatçısı, alim Əli Bala Məmməd Sadıx oğlu Əli-Zadə 82 yaşında vəfat edib.  

Qeyd edək ki, Əlibala Əli-Zadə həyatını Azərbaycanın orqanik və dayanıqlı kənd təsərrüfatının inkişafına həsr edib.

Onun rəhbərliyi altında “AgriBioEcoTex” (https://agribioeko.com/az/ ) şirkəti ölkədə ekoloji təmiz istehsalın, biotexnologiyaların və torpaq mühafizəsi üzrə müasir yanaşmaların öncüllərindən birinə çevrilib.

Əlibala Əlizadənin rəhbərlik etdiyi şirkətlərin məhsulları təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanınır və dəyərləndirilir. O, beynəlxalq konfrans və sərgilərdə, müxtəlif ölkələrdə keçirilən birgə layihələrdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, orqanik kənd təsərrüfatı sahəsində ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verib. O, bilik və təcrübəsini heç vaxt əsirgəməz, hər kəsə təmənnasız yardım göstərib. Onun sayəsində çoxsaylı fermerlər ənənəvi təsərrüfatdan orqanik istehsala keçid edib, torpağa və təbiətə daha məsuliyyətli yanaşmağı öyrəniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar