Taksi sürücüsü sərnişin tərəfindən bıçaqlandı
04 aprel 2021 01:19 (UTC +04:00)

Taksi sürücüsü sərnişin tərəfindən bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qanlı insident Biləcəri qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə sərnişin apararkən onlar arasında yolda mübahisə düşüb. Sərnişin sürücüyə bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 1407
avatar

Oxşar yazılar