Taksi sürücüsü qəza törətdi – 2 YARALI  - FOTO
22 dekabr 2021 03:27 (UTC +04:00)

Taksi sürücüsü qəza törətdi – 2 YARALI - FOTO

1

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə aeroport şosesinin Sabunçu dairəsindən keçən hissəsində qeydə alınıb. 

27 yaşlı Vüqar Ramiz oğlu Nağıyev “Toyota” markalı avtomobillə  şəhər istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil yol ayırıcındakı dəmir arakəsməyə dəyərək aşıb. Nəticədə sürücü V.Nağıyev və sərnişini 52 yaşlı Vidadi Əmiraslan oğlu Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə hadisə sürücünün sükan arxasında olarkən yuxulaması səbəbindən  baş verib. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1900

Oxşar yazılar