Vətən müharibəsi iştirakçısı Mirdavud Tahirov dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Mirdavud Tahirov Şuşa döyüşlərində ağır yaralanıb. O, 2 ildən artıq idi müalicə olunurdu.
Alığı müalicələrə baxmayaraq, dünyasını dəyişən M.Tahirov doğulduğu Astara rayonu Pensər kəndində dəfn edilib.
Qeyd edək ki, Mirdavud Asəm oğlu Tahirov Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. Vətən Müharibəsi başlayanda o təhsili yarımçıq qoyub müharibəyə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib. M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.