Supermarketdən oğurluq etmək üçün görün harada gizləndi
04 dekabr 2021 08:50 (UTC +04:00)

Supermarketdən oğurluq etmək üçün görün harada gizləndi

0

Fransada Var departamentində oğru çox əziyyət çəksə də, istəyinə nail ola bilməyib.

Lent.az-ın xəbərinə görə, supermarketdən oğurluq etmək istəyən şəxs axşam saatlarında bura gələrək vəziyyəti öyrənib.

Sonra isə anbar tərəfdən yaxınlaşaraq asma tavanın arasında gizlənib. Sonuncu işçi marketi tərk etdiyinə əmin olduqdan sonra, o, gizləndiyi yerdən düşərək fəaliyyətə keçib. Lakin onun arzusu gözündə qalıb. Sən demə, mühafizəçi binanın içində imiş və yatmayıb. O oğrunu zərərsizləşdirərək polisə xəbər verib. Məhkəmənin hökmü ilə o, 6  ay şərti olaraq azadlıqdan məhrum edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1369

Oxşar yazılar