Sumqayıtda vaqonun şüşəsi sındırılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə dekabrın 27-də Sumqayıt dəmir yolu stansiyasında baş verib. Burada dayanan sərnişin elektrik qatarının vaqonlarından birinin yan şüşəsinin sındırılması barədə polisə məlumat daxil olub.
Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 16 yaşlı İ.Hacızadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.