Sumqayıtda yanğının söndürülməsi davam edir
29 aprel 2022 02:10 (UTC +04:00)

Sumqayıtda yanğının söndürülməsi davam edir

0

Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, hazırda yanğının davam edən  hisəssədə söndürmə və soyutma işləri aparılır: "Közərmə səhərədək davam edəcəyi üçün növbətçi avtomobillər hadisə yerində qalacaq. Ehtimal ki, 1 saata yanğın söndürüləcək. Kəmaləddin Heydərov yanğında heç bir ekoloji fəlakət yaranmadığını qeyd edib: "Bizim və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin laboratoriyası cihazlarla birgə araşdırma aparıb. Heç bir ciddi zəhərlənmə və heç bir ciddi ekoloji zərər yoxdur. 

Yanğın başlayandan 1 saat sonra zavodun işçilıəri və yaxınlıqdakı müəssisələrin işçiləri və mülki şəxslər Sumqayıt polis idarəsinin əməkdaşları və mülki müdafiə qoşunları tərəfindən evakuasiya olunub. Yaxında evakuasiya olunmalı yaşayış məntəqəsi yoxdur".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1870

Oxşar yazılar