Sumqayıtda yanan zavoda 100-dən çox canlı qüvvə   cəlb olunub - FHN
13 iyun 2023 14:56 (UTC +04:00)

Sumqayıtda yanan zavoda 100-dən çox canlı qüvvə cəlb olunub - FHN

Etilen-Polietilen zavodunda hazırda yanan benzin çəninin içində 60 faiz məhlul var.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev deyib.

O bildirib ki, hazırda mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir: “Çəkilmə prosesi saatda 25 tona bərabərdir. Neftin çəkilməsi prosesi hardasa 6-7 saata çəkəcək. Bizim tərəfimizdən bütün istiqamətlərdə lazımı qədər monitor lülələri verilib. Yanan çənin və qonşu çənlərin soyudulması həyata keçirilir. Çalışırıq ki, yanan çəndən qonşu çənlərə yanğın keçməsin. Bununla bağlı bütün tədbirlər həyata keçirilir”.

Rza Xudiyev onu da qeyd edib ki, əməliyyata Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov rəhbərlik edir. Onun sözlərinə görə, yanğın ərazisində 25 əsas və xüsusi texnika fəaliyyət göstərir. 100-dən çox şəxsi heyət yanğının söndürülməsinə cəlb edilib. O bildirib ki, havanın isti keçməsi yanğının söndürülməsinə təsir göstərir:

“Mürəkkəb və çətin prosesdir, lakin əlimizdən gələni edirik ki, yanğını qısa bir müddətdə söndürək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar