Sumqayıtda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 16-na keçən gecə Sumqayıt şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birindən 7 ədəd kompüter dəsti və tibb avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini Ziyəddin Qənbərov və Şamaxı rayon sakini Azər Qasımov saxlanılıblar.
Araşdırma aparılır.