Sumqayıtda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Rəşad Kərim oğlu Kərimlinin meyiti yaşadığı mənzildə tapılıb. Məlumata görə R. Kərimli tək yaşayırmış. Meyiti mərhumun yaxınları aşkar edib.
Ölümün dəqiq səbəbləri bilinmir.