Sumqayıtda  ŞOK:  ana yeni doğduğu körpəsindən imtina etdi - SƏBƏB   - YENİLƏNİB
25 noyabr 2023 19:14 (UTC +04:00)

Sumqayıtda ŞOK: ana yeni doğduğu körpəsindən imtina etdi - SƏBƏB - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 33 yaşlı vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb.

Körpənin valideyni (anası) aprelin 27-də ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı iyunun 16-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb.

Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib. 

Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq azyaşlı noyabrın 24-də ildə saat 00:40-da dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib.

Qeyd edək ki, körpənin Uşaq Evinə yerləşdirilməsinə isə onun xəstəliyi ilə əlaqədar imtina cavabı verilib.

Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib.

***
Saat: 15:23

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7620
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28