Sumqayıt şəhəri ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20.000 manat dəyərində mis naqilləri oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.