Sumqayıtda qadın zəhərlənərək ölüb.
Lent.az xəbər verir ki, hadisə Ceyranbatan bağları sahəsində baş verib.
53 yaşlı Elnarə Dadaş qızı Qəfərova yaşadığı evdə pomidor turşusundan zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Araşdırma aparılır.