Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, 41 yaşlı Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə 80 km/saat sürətlə qəfildən idarəetməni itirib səkiyə çıxıb. Bu zaman yolun kənarı ilə hərəkətdə olan piyada 58 yaşlı Eyvazova Aqibət Ağasəlim qızını vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.