Sumqayıtda kişi özünü xeyirxah göstərib qocaların pulunu oğurladı - VİDEO
13 oktyabr 2023 11:10 (UTC +04:00)

Sumqayıtda kişi özünü xeyirxah göstərib qocaların pulunu oğurladı - VİDEO

0

Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsdən kömək istəyib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ona inanıb gedəndən sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.

Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə  analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2886

Oxşar yazılar