Sumqayıtda fəhlənin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidov hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.
***
19.09.2023
Saat: 12:13
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib. Şəhər sakini 45 yaşlı Taleh Saleh oğlu Həmidov səhər saatlarında işlədiyi tikintidə 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.