Sumqayıtda elektrik dirəkləri oğurlandı
03 may 2023 13:39 (UTC +04:00)

Sumqayıtda elektrik dirəkləri oğurlandı

0

Sumqayıtda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 2-də H.Z.Tağıyev qəsəbəsinin ərazisindən “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nə məxsus dirəklərin oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rusif Rzayev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1718

Oxşar yazılar