"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 13:20-də 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.
***
15:27
Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub.
APA xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.