Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB
02 mart 2024 08:32 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

Sumqayıtda qaynını öldürən şəxs xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib.

***

1 mart, 19:20

Sumqayıtda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 43 yaşlı Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 48 yaşlı Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

18:59

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 43 yaşlı Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilininən 48 yaşlı Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8133

Oxşar yazılar

Bir nəfər Kürdə batdı

Bir nəfər Kürdə batdı

20 iyul 2025 , 20:47
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Kürdə batan var

Kürdə batan var

20 iyul 2025 , 19:25
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31