Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanıldı - FOTO
05 fevral 2021 00:18 (UTC +04:00)

Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanıldı - FOTO

Sumqayıtda avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

APA-nın yerli bürosunun məlumatına görə, YPX əməkdaşları tərəfindən avtobus sürücüsünə “Saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Yüksək sürətlə şəhərin yolları ilə şütüyən avtobusu saxlamaq üçün Sumqayıt Dövlət Yol Polisi əməkdaşları maneə yaradaraq istəklərinə müvəffəq olublar.

Avtobusu idarə edən 1977-ci il təvəllüdlü Quluyev Ceyhun Ələmqulu oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ehtimala görə, sürücü sərxoş olub.

Hazırda araşdırma aparılır.

# 1605
avatar

Oxşar yazılar