Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Koroğlu küçəsi ilə Bədəlbəyli küçəsinin kəsişməsində baş verib. 38 yaşlı Dadaşov Mirzə Rauf oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 27 yaşlı Cəmilli Cəmil Gülağa oğlunun idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobillə toqquşub.
Nəticədə "Hyundai Santa Fe" markalı avtomoblin sərnişini 28 yaşlı Quliyeva Şəbnəm Nadir qızı, "Toyota Prius" markalı avtomobilin sürücüsü M.Dadaşov, sərnişinləri 54 yaşlı Cəfərova Nuridə Müseyib qızı, 57 yaşlı Məmmədov Xaləddin Məmmədxan oğlu, 31 yaşlı Məmmədova Ləman Xaləddin qızı, 7 yaşlı Məmmədov Oktay Elçin oğlu və 84 yaşlı Məmmədov Məmmədxan Hüsü oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Ancaq xəstəxanada 84 yaşlı M. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.