Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu haqda APA-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Məlumata əsasən onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Hadisə zamanı ölənlərin şəxsiyyəti də məlum olub. Belə ki, onlardan birinin 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir.
Digər şəxs isə Ceyranbatan qəsəbə sakini 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğludur. Hadisə zamanı onun piyada olaraq yolu keçmək istədiyi bildirilir.
***
21:10
Sumqayıtda 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.