Sumqayıt sakininə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatı dələduzluq yolu ilə əlindən alınıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.