Sumqayıt bulvarında FACİƏ:  20 yaşlı oğlan dənizdə batdı - VİDEO
18 noyabr 2026 14:07 (UTC +04:00)

Sumqayıt bulvarında FACİƏ: 20 yaşlı oğlan dənizdə batdı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar