Su kanalından meyit  TAPILDI:   bir şüşə araqla...
16 dekabr 2021 12:25 (UTC +04:00)

Su kanalından meyit TAPILDI: bir şüşə araqla...

Kürdəmirdə su kanaldan meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 56 yaşlı Kərimov İlqar Namət oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, İlqar Kərimov sərxoş vəziyyətdə su kanalına düşüb. Axtarışlar zamanı onun meyitinin yanında araq butulkası da tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Mehman Nəbiyev

Oxşar yazılar